Proqramı necə istifadə edim?
Proqramı necə istifadə edim?
1. İlk öncə proqramı açın:
2. Test sualları proqrama daxil deyil. Sualları, Apple-Hesabınız ilə ödəniş etməklə, istədiyiniz fənn və siniflər üzrə almaq (yükləmək) lazımdır. Bunu etmək üçün “Alqı” düyməsini seçin(cihazınız (iPad və ya iPhone/iPod) İnternetə bağlı olmalıdır):
3. İstədiyniz fənn və siniflər üzrə (şəkildə 8-ci sinif “Riyaziyyat” fənni seçilib) test suallarını almaq üçün məbləğ yazılan düyməni seçin:
(Hər bir Apple-Hesab bir məhsulu(fənn və sinif üzrə test suallarını) bir dəfə ala bilər. Yəni, proqram silinib yenidən goşulduqda artıq alınmış məhsullar cihazınıza pulsuz qoşulacaqdır (həmçinin sizə aid olan digər cihazlara, məs: yeni iPad və ya iPhone/iPod-a) Apple-Hesabınız ilə alınmış bütün test suallarını pulsuz qoşmaq üçün “Bərpa” düyməsini seçin)
(Test sualları proqram qoşulduğu Apple-Hesabı ilə alınmalıdır. Yəni, proqramı bir Apple-Hesabdan qoşmaq, proqramdakı test suallarını isə digər Apple-Hesab ilə almaq mümkün olmayacaq. Belə olduqda, Sizə, əvvəlcə Apple-Hesabından çıxmaq(“Settings”-App --> “iTunes & App Stores” --> “Apple ID: ***” --> “Sign Out”), proqramı silmək (Proqramın düyməsinə toxunub barmağı üstündə saxlamaqla və əmələ gələn iks işarəsi ilə silmək mümkündür), yenidən, alqı yerinə yetirilə biləcək Apple-Hesab ilə, qoşmaq gərəkdir. Nəzərdə saxlayın ki, proqram silindikdə alınmış test sualları və sınaqların nəticələri də silinəcəkdir)
4. Alqının yerinə yetirilməsini “Al” (“Buy”) düyməsini seçməklə təsdiq edin (Apple-Hesabınızdan həmin məbləğ çıxılacaq):
5. Apple-Hesabınızın şifrəsini yazıb “OK” düyməsini seçməklə ödəniş yerinə yetiriləcək:
6. Alqılarınız yüklənib qoşulduqdan sonra “Əsas menyu” düyməsini seçin:
7. Özünü sınamaq üçün “Özünü yoxla” düyməsini seçin:
7.1.Sınağın parametrlərini uyğunlaşdırın:
7.1.1 Sinağın iki növü vardır – 1. “Test” və 2. “Hazırlıq”:
“Test” seçildikdə:
1. Sınaq vaxtla (müəyyən vaxt çərçivəsində) yerinə yetirilir;
2. Sualların çətinlik dərəcəsi TQDK-nın müəyyən etdiyi səviyyədə seçilir;
3. Sualın doğru cavabı – nəticə yalnız sonda göstərilir;
“Hazırlıq” seçildikdə:
1. Sinağa vaxt məhdudiyyəti qoyulmur;
2. Daha çox çətin və ya asan sualların düşməsi istifadəçi tərəfindən seçilə bilər; (7.1.4)
3. Sualın doğru cavabının dərhal göstərilməsi opsiyası seçilə bilər; (7.1.5)
7.1.2. Sinif seçilməlidir (şəkildə 8-ci sinif seçilib);
7.1.3. 1. Seçilmiş sinif (şəkildə 8-ci sinif) üzrə fənn və ya fənnlər seçilməlidir(şəkildəki misalda yalnız “Riyaziyyat 8-ci sinif“ alınıb);
2. Seçilmiş fənnə aid olan mövzular seçilməlidir. Suallar həmin fənn üzrə seçilmiş mövzulardan düşəcək;
7.1.4. Sualların çətinlik dərəcəsini seçmək mümkündür (yalnız sınağın növü “Hazırlıq” seçildikdə);
7.1.5. Doğru cavabın dərhal və ya sonda göstərilməsi seçilə bilər (yalnız sınağın növü “Hazırlıq” seçildikdə);
“Sınağa başla” düyməsini seçib sınağa başlamaq olar.
7.2.1. Sualı cavablandırmaq, sağdakı - “A”, “B”, ”C”, ”D” (“E”) variantlarını və ya sualdakı variantı (“A) …”, “B) …”, və s.) seçməklə mümkündür;
2. Növbəti/Öncəki suala keçmək üçün:
2.1. Ağ sual səhifəsini Sola/Sağa çəkməklə,
2.2. Solda sınaqda olan bütün sualların siyahısını Yuxarı/Aşağı çəkib istədiyiniz sualı seçməklə,
2.3. Növbəti/Öncəki cavablandırılmayan suala keçmək, Sağda/Solda aşağıda küncdə yerləşən düyməni seçməklə,
mümkündür;
3. Sual səhifəsinin böyüklüknü dəyişmək üçün:
3.1. Ağ sual səhifəsinə iki barmaq ilə toxunaraq, barmaqları çəkmədən biri-birindən aralayın/yaxınlaşdırın;
3.2. Ağ sual səhifəsinə sürətlə iki dəfə toxunun(bu halda sual tam görüntü rejimi ilə göstəriləcək – normal rejimə geri qayıtmaq üçün toxunuşları təkrarlayın);
4. Vaxt bitdikdə (sınağın növü “Test” seçildiyi halda) və ya “Nəticə”(“Menyu” düyməsini seçməklə) düyməsi seçildikdə, sınaq tamamlanacaq və nəticə göstəriləcək (7.3.);
5. Sınağın parametrlərini yenidən uyğunlaşdırmaq üçün “Özünü yoxla”(“Menyu” düyməsini seçməklə) düyməsini seçmək lazımdır(7.1.);
6. Əsas menyuya keçmək üçün “Əsas menyu”(“Menyu” düyməsini seçməklə) düyməsini seçmək lazımdır;
(Şəkil sınağın növü “Test”)
(Şəkil sınağın növü “Hazırlıq”)
7.3..“Nəticə”(“Menyu” düyməsini seçməklə) düyməsi seçildikdə hər fənn üzrə və toplam – toplanan bal, doğru, səhv və cavablandırılmayan sualların sayı, sınağa sərf edilən vaxt göstəriləcəkdir:
7.4..“Detallar”(“Menyu” düyməsini seçməklə) düyməsi seçildikdə, sınaq necə həll edildiyi haqda ətraflı məlumat əldə edilir (verilən cavab - doğru cavab, cavablandırılmayan sualın doğru cavabı):
(“Menyu” düyməsini seçməklə “Əsas menyu”, “Özünü yoxla”, “Nəticə” düymələrini seçə bilərsiniz)
8. Həll edilmiş sınaqların nəticələrinə baxmaq üçün “Nəticələr” düyməsini seçin:
8.1.Baxmaq istədiyiniz sınağı seçəndən sonra:
1.“Detallar” düyməsini seçin və sınaq necə həll edildiyi haqda ətraflı məlumat əldə edə bilərsiniz. (7.4.);
2.“Toplam” sözü yazılan yerə toxunun, bu zaman seçilən sinaqda toplanılan nəticələr göstəriləcəkdir;
9. Testlərə baxmaq üçün “Testlərə bax” düyməsini seçin:
© 2013
10. Testlərə baxmaq üçün aşağda sağda “Testlərə bax” düyməsini seçin:
TQDK - School
By Eldar Mammadli
Free
Category: Education
Released: May 08, 2013
Version: 1.1
Size: 5.1 MB
Language: Azerbaijani
Seller: Eldar Mammadli
Rated 4+